Emin Əmrullayev Vorvik Universitetinin nümayəndə heyəti ilə görüşüb Cəmiyyət

Emin Əmrullayev Vorvik Universitetinin nümayəndə heyəti ilə görüşüb

İyulun 1-də elm və təhsil naziri Emin Əmrullayev Böyük Britaniyanın Vorvik Universitetinin prorektorunun müavini Karla Virinderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Elm və Təhsil nazirliyindən verilən məlumata görə, görüş çərçivəsində Böyük Britaniyanın Vorvik Universiteti ilə mövcud əməkdaşlıq imkanları və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

Emin Əmrullayev Vorvik Universitetinin nümayəndə heyəti ilə görüşübEmin Əmrullayev Vorvik Universitetinin nümayəndə heyəti ilə görüşüb