Suraxanı rayonunda Dövlət Agentliyinin dəstəklədiyi layihə  icra olunub Cəmiyyət

Suraxanı rayonunda Dövlət Agentliyinin dəstəklədiyi layihə  icra olunub

Ədalət, Hüquq, Demokratiya Partiyasının Baş katibi, QHT sədri, politoloq Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Suraxanı rayonun Hövsan bələdiyyəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi verdiyi layihənin üçüncü, növbəti görüşünü keçirdib. Bununla bağlı mətbuata açıqlama verən Orduxanlı bildirib ki, Suraxanı rayonun ərazisində fəaliyyət göstərən Hövsan bələdiyəsinin ərazisində yüz mindən artıq insan yaşayır:” Bu bizim üçüncü görüşümüz idi. Tədbir bu dəfə Hövsan bələdiyyəsinin inzabati binasıda baş tutdu. Layihənin əsas istiqaməti “Bələdiyyələr sahəsində qanunvericilik aktlarının təhlili”nə həsr olunub. Bu görüşümüz də çox yüksək səviyyədə təşkil olunmuşdur. Əlbəttə birinci növbədə bu şəraiti bizim təşkilata yaratdığına görə
Suraxanı rayonun icra başçısı hörmətli Adil müəllimə təşəkkürümü bildirirəm. Keçirdiyimiz tədbirdə Hövsan bələdiyyə sədri hörmətli Seymur Rəsulov, bələdiyyə sədrinin müavinləri, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları ilə yanaşı yerli sakinlər iştirak edirdi. Tədbirin təşkilində əməyi keçən Seymur müəllimə də təşəkkür edirəm. 25 nəfərin iştirak etdiyi görüşdə əsasən lahəmizin istiqaməti barədə geniş və ətraflı məlumat verdim. Layihənin əsas istiqaməti bələdiyyə rəhbərliyinin, bələdiyyə qulluqçularının , bələdiyyə üzvlərinin və bələdiyyənin vergi yığanlarının vətəndaşlarla münasibətlərin çox yüksək səviyyədə qurulmasının vacibliyinə toxunduq. Həmçinin Bələdiyyələr sahəsində qanunvericilik aktlarının təhlilinin olduqca mühüm əhəmiyyətindən bəhs etdik. Bu gün bələdiyyələr daha çox qanuni aktların icrasına önəm verməlidir. Qəbul etdikləri qərarlar birbaşa qanuna söykənməlidir. Qanundan kənar bələdiyyələr qərar qəbul etməməlidilər. Qəbul olunmuş bələdiyyə aktları qanundan kənar çıxmamalıdır. Çox təəssüf ki, bəzi hallarda bir neçə bələdiyyə qanun pozuntusina yol verir və yekundə həmin bələdiyyələr qanun qarşısında cavab vermiş olurlar, hüquqi məsuliyyətləri yaranır. Bu cür layihələrin həm də maarifləndirmə xarakteri daşıyır ki, bələdiyyələr qəbul etdikləri qərarlarda diqqətli olmalıdır. Qərarlar kollegiyal formada qəbul olunmalıdır. Hövsan bələdiyyəsinin uğurlu fəaliyyəti diqqətimizi xüsusi olaraq cəlb etdi. Qəsəbədə görülən işlərin və əsasən vətəndaşlardan əmlak və torpaq vergisinin yüksək səviyyədə toplandığını qeyd edə bilərəm. Hövsan qəsəbəsinə görülən işlərərin Suraxanı rayonun icra hakimiyyətinin başçısı Adil Əliyevin də böyük dəstəyinin olduğunu bələdiyə sədri Seymur müəllim qeyd etdi. Bildirdi ki, rayon rəhbərliyi tez-tez qəsəbədə olur və görüşlər keçirir, şəhid ailələrinə, qazilərə, veteranlara xüsusi diqqət göstərir, qəsəbənin mövcud problrmlərinin həlli istiqamətində müavafiq dövlət qurumlarına müraciətlər edir, qəsəbədaxili mövcud problemlərin həlli yolunda birgə işləri həyata keçirdirik”.

QHT sədrinin sözlərinə görə, layhənin əsas isitqaməti həm də bələdiyyələrlə keçirilən görüşlərlə yanaşı, həmçinin ölkəmizdə fəaliyyət göstərən televiziya kanalında layihə barədə 5 verlişin çəkiıməsi həyata keçiriləcək. Verlişlərdə millət vəkilləri, bələdiyyə sədrləri, rəsmi şəxslərin və tanınmış ekspertlərin iştirakı nəzərdə tutulub.“

Niyaməddin Orduxanlının bildirdiyinə görə, ölkəmizdə Bələdiyyə səlahiyyətlərinin hansı səyyədə olduğu da geniş müzakirə olundu:”Azərbaycanda 1999-cu ildən yaradılmış bələdiyyə institutu yaranıb.Yerli üzünü idarəetmə orqanı çox önəmli bir institutdur. Azərbaycanda yerli özüniidarə etmənin 26 illik tarixi var. İlk olaraq 2700 bələdiyyyə fəaliyyət göstərirdi. Ancaq indi bu bələdiyyələr birləşərək 685 yendirilib. Qaraçuxur bələdiyyəsi də ilk yaranan bələdiyyələrdəndir. Dövlətimizin inkişaf üçün mütləqdir ki, bələdiyyə institunun səlahiyyət və imkanları genişləndirililsin. Bizim təşkilatın əsas fəaliyyəti də by istiqamətdədir. Bələdiyyələrin büdcələrinin formaşadırılması yığılan vergilərlə formalaşdırılır. Vətəndaşları bələdiyyə yığımına cəlb etməliyik. Maarifləndirmə işlərini daha da artırmalıyıq. Layihəyə uyğun olaraq Suraxanı rayonunda fəaliyyət göstərən bələdiyyələrlə keçirdiyimiz görüş və rayonda görülən işlər barədə internet televiziyasında məlumat yayılacaq. Həmçinin də ölkə mediasında və sosial şəbəkələrdə geçirilən görüş barədə geniş məlumatlar veriləcək" Layihənin sonunda keçirlən tədbirlərlə bağlı QHT-lərə Dövlət Agentliyinə və digər dövlət qurumlarına hesablar təqdim olunacaq.”