WUF13 zamanı nəqliyyat üçün əsas istifadə olunacaq obyektlər açıqlanıb
I sinfə qəbulla bağlı 30 alternativ qeydiyyat mərkəzi yaradılıb
"Meloninin səfəri Azərbaycan–Avropa münasibətlərində yeni imkanlar açacaq"
Rusiya Ukraynanın Poltava vilayətinə raket zərbələri endirib: 4 nəfər ölüb, 31 nəfər yaralanıb
1 Fevral 2023 10:43
2 681
"Dostluq Meşəsi"ndə və ətrafdakı yamaclarda bugünədək 63 mindən çox ağac əkilib.
“Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi”nin "Dostluq Meşəsi" adlandırılan sahəsində, o cümlədən ətrafdakı terraslarda Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə bugünədək 73 hektarda 63 mindən artıq müxtəlif növ ağac tingi əkilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov Trend-ə bildirib ki, son bir həftə ərzində isə Cəbrayılın "Dostluq Meşəsi" adlandırılan sahəsində, eləcə də ətrafdakı yamaclarda 13 530 ağac tingi əkilib.
“Qeyd edək ki, Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində kompleksin ərazisində və ətraf terraslarda ağacəkmə tədbirlərinə ötən ilin sonlarından başlanılıb”.



