

23 İyun 17:36
23 İyun 17:02
23 İyun 16:51
Türkiyədə Milli Risk Qalxanı Modeli yaradılır.
Trend-in məlumatına görə, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.
"Şəhərlərimizi zəlzələyə davamlı yerlərə çevirməyi planlaşdırırıq. Bütün gələcək tədqiqatlar bu modelə əlavə olaraq hazırlanacaq və həyata keçiriləcək. Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirimiz Murat Kurum Türkiyənin Milli Risk Qalxanının model işinin koordinasiyasını idarə edəcək", - deyə R.T.Ərdoğan əlavə edib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.