Nazir: Qanun arzuları deyil, gerçəkləşə biləcək müddəaları əks etdirməlidir Hadisə

Nazir: Qanun arzuları deyil, gerçəkləşə biləcək müddəaları əks etdirməlidir

"Ali təhsil haqqında" Qanun elə yazılmalıdır ki, arzuları deyil, özündə gerçəkləşə biləcək müddəaları əks etdirsin.

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.

"Biz qanunun əsas müddəalarının müəyyən edilməsi və hökumət tərəfindən çevik icra mexanizmlərinin yaradılmasının tərəfdarıyıq. Ümid edirəm ki, bu qanunun qəbulu ali təhsil sahəsində həlledici faktor olacaq" - nazir bildirib.