Azərbaycan XİN Novruz bayramı ilə bağlı paylaşım edib -FOTO Hadisə

Azərbaycan XİN Novruz bayramı ilə bağlı paylaşım edib -FOTO

Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində Novruz bayramı ilə bağlı paylaşım edilib.

Paylaşımda deyilir:

"Xalqımızın mədəni və mənəvi zənginliyinin, bolluğun, bərəkətin və yazın təcəssümü olan Novruz bayramında əziz xalqımızı səmimi qəlbdən təbrik edirik. Novruz bayramı dövlətimiz və xalqımız üçün daha böyük uğurlar gətirsin.

Bayramımız mübarək olsun!".