Türkiyədə Qazaxıstan kapitallı şirkətlərin sayı azalıb Hadisə

Türkiyədə Qazaxıstan kapitallı şirkətlərin sayı azalıb

2023-ci ilin fevral ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 11 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 şirkət azdır.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qazaxıstan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapıtalı artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 5,7 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 1,6 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin fevral ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (8) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 3,7 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin fevral ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 5 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.