Göyçayda 4 avtomobil toqquşub, xəsarət alanlar var Hadisə

Göyçayda 4 avtomobil toqquşub, xəsarət alanlar var

Göyçay şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, Göyçay şəhərinin Heydər Əliyev prospektində "VAZ-2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən hər iki avtomobil yol kənarında dayanmış "Hyundai" və "VAZ-2104" markalı avtomobillərə çırpılıb. Hadisə zamanı rayon sakini, 2002-ci il təvəllüdlü Bəkirov Anar Əlikram oğlu və adları hələlik məlum olmayan iki nəfər xəsarət alıblar. Yaralılar dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.