Vüqar Səfərlidən evsiz jurnalistlərə şad xəbər Hadisə

Vüqar Səfərlidən evsiz jurnalistlərə şad xəbər

"Bina ilin sonuna qədər jurnalistlərin istifadəsinə veriləcək"

"Media nümayəndələri üçün inşa olanan 3 girişli, 17 mərtəbəli, 255 mənzildən ibarət ikinci binanın tikintisi başa çatmaq üzrədir". Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
O qeyd edib ki, milli mətbuatın 141 illiyi ərəfəsində, dünən Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistlər üçün inşa olanan ikinci binanın tamamlanması məqsədilə 3 milyon manat vəsait ayırması dövlətimizin mediaya göstərdiyi qayğının təzahürüdür: "Dövlət başçımız eyni zamanda, gündəlik qəzetlərin maddi-texniki bazasını gücləndirmək məqsədilə 1 milyon manat vəsait ayırdı. Bütün bunlar cənab Prezidentin mediaya olan diqqətinin göstəricisidir. Jurnalistlər üçün inşa olunan binanın əsas tikinti işləri yekunlaşıb. Hazırda içəridə təmir işləri aparılır. Bina ilin sonuna qədər jurnalistlərin istifadəsinə veriləcək".