İranın İsrailə hücumu nəticəsində 15 nəfər yaralanıb
22 Mart 17:28
22 Mart 17:28
22 Mart 16:58
22 Mart 10:56
12 Sentyabr 2023 15:05
2 562
Yeni tədris ilinin başlanmasına 3 gün qalır. Ötən il məktəbli forması almaq istəyən valideynlər Bakı Tikiş Evinin qarşısında izdiham yaratmışdı.
Hazırda vəziyyət necədir?
Məsələ ilə bağlı Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov Trend-ə açıqlamasında bildirib ki, məktəbli forması ilə bağlı ötən tədris ili yaşanan izdiham bu il təkrarlanmayacaq.
"Vətəndaşlarımız, əsasən, məktəbli formasını tədris ilinin başlamasına bir neçə gün qalmış alırlar. Bu il ötən ildəkindən fərqli olaraq, məktəbli formalarının xammalının gətirilməsi, istehsalı ilə bağlı problem yaşanmadı.
Bir neçə rayonda da dükanlarımız artıq fəaliyyət göstərir. Həmin bölgənin insanları formaları oradan aldığına görə artıq paytaxtdakı dükanlarda sıxlıq yaranmır", - o qeyd edib.
E.Əzimov bütün köynəklərin tərkibinin 100 faiz pambıqdan olduğunu, satışda bütün ölçülərdə məktəbli forması olduğunu deyib.
"Hazırda 26 ölçüdən 54 ölçüyə qədər həm uzunqol, həm də qısaqol polo köynəklərin qiyməti 15 manatdır. Şalvar və ətəklərin parçası isə 60 faiz yun, 40 faiz polyesterdəndir və onların qiyməti isə 25 manatdır. Ötənilki qiymətlər dəyişməyib", - deyə o vurğulayıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.
Elm və Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,2023-2024-cü tədris ilindən bütün məktəblərdə yeni geyim formaları tətbiq edilməlidir.
22 Mart 17:17
1 169
22 Mart 15:09
1 218
22 Mart 15:06
1 218