Zaqatalada məktəb binasında yanğın olub Hadisə

Zaqatalada məktəb binasında yanğın olub

Zaqatala rayonunda məktəb binasında yanğın olub.
Fövqaladə Hallar Nazirliyinin(FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Xidmətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə aprelin 16-ı axşam saatlarında rayonun Muğanlı kəndində ümumi sahəsi 2300 kv/m olan məktəb binasında qeydə alınıb.
Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb.
Yanğın nəticəsində məktəb binasının dam örtüyünə çəkilmiş qır 30 kv/m sahədə yanıb. Faktla bağlı FHN-nin Zaqatala rayon DYMX-də araşdırma aparılır.