TQDK boş qalan yerlərə ixtisas seçimi elan edib Hadisə

TQDK boş qalan yerlərə ixtisas seçimi elan edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Abituriyent" jurnalının on birinci nömrəsini nəşr etdirib. TQDK-dan bildiriblər ki, komissiya 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib. Elanın tam mətni "Abituriyent" jurnalının 11-ci nömrəsində çap olunub. Nəşrin bu nömrəsində, həmçinin orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının Qabiliyyət İmtahanı Komissiyaları üzrə bölgüsü, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumat Azərbaycan və rus dillərində dərc olunub.
Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m. ünvanlarında yerləşən "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar. Jurnalın elektron versiyasını (pdf formatında) TQDK saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.