
2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub.
Bu barədə Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, şagirdlər qəbulun nəticələri ilə sy.edu.az platformasında “İmtahanlar” bölməsinin “Lisey seçimi” alt bölməsindən tanış ola bilərlər.
Lisey və ya gimnaziyalara qəbul olunan şagirdlərin sənəd qəbulunun avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur.
Yerdəyişmə sistemi aktivləşdikdə qəbul olunan şagirdlər üçün elektron sistem üzərindən avtomatik sorğular yaradılacaq. Şagirdlər və valideynlər şəxsi kabinetlərindəki “Sorğularım” bölməsi vasitəsilə həmin sorğuların icra vəziyyətini və mərhələlərini izləyə biləcəklər.
Lisey və gimnaziyaların keçid balları:
| MÜƏSSİSƏ ADLARI | Azərbaycan bölməsi | Rus bölməsi |
| Ağdaş şəhər Məqsud Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziya | 10 | |
| Ağstafa şəhəri texniki və humanitar fənlər təmayüllü lisey | 10,88 | |
| Anton Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyası | 18,63 | |
| Bakı şəhəri 147 nömrəli texniki və humanitar fənlər liseyi | 25,13 | 13,13 |
| Bakı şəhəri 16 nömrəli texniki və humanitar fənlər liseyi | 20,88 | 10 |
| Bakı şəhəri Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyi | 19,63 | 18,75 |
| Bakı şəhəri Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar lisey | 18,13 | 10 |
| Bakı şəhəri Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya | 30 | |
| Bakı şəhəri Seyid Cəfər Pişəvəri adına humanitar fənlər gimnaziyası | 30,5 | |
| Bakı şəhəri Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziya | 27,5 | |
| Bakı şəhəri texniki-humanitar lisey | 25,88 | 10 |
| Bərdə şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey | 10 | |
| Beyləqan şəhəri humanitar fənlər təmayüllü lisey | 21,5 | |
| Biləsuvar şəhəri Kəmaləddin Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-lisey | 12,75 | |
| Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi | 43,13 | |
| 'Gəncə şəhər Fizika-Riyaziyyat və İnformatika Təmayüllü lisey' publik hüquqi şəxsi | 35,38 | |
| Gəncə şəhəri internat tipli xarici dillər təmayüllü gimnaziya | 21,75 | |
| Gəncə şəhəri Səməd Vurğun adına 41 nömrəli təbiət və humanitar fənlər təmayüllü lisey | 18 | |
| İsmayıllı şəhəri internat tipli “Talıstan“ liseyi | 10 | |
| Kimya və biologiya təmayüllü respublika liseyi | 36,5 | |
| Lənkəran şəhəri Səidəli Kazımbəyov adına 6 nömrəli lisey | 14,38 | |
| Masallı şəhəri 'Dəfinə' texniki-riyaziyyat təmayüllü lisey | 10 | |
| Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey | 10 | |
| Naxçıvan Qızlar liseyi M.M.C | 10 | |
| Oğuz şəhəri Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü lisey | 16,25 | |
| Qobustan şəhəri Elyar Vəliyev adına 2 nömrəli texniki və humanitar fənlər təmayüllü lisey | 10,5 | |
| Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü lisey | 26,88 | |
| Rəqəmsal Biliklər Liseyi | 54,13 | |
| Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey | 10,38 | |
| Şamaxı rayonu texniki, humanitar və təbiət fənləri təmayüllü internat tipli lisey | 11,25 | |
| Şəki şəhəri kimya və biologiya təmayüllü lisey | 27,25 | |
| Şəmkir şəhəri kimya və biologiya təmayüllü lisey | 24,25 | |
| Şərur şəhər fizika-riyaziyyat təmayüllü lisey | 17,88 | |
| Şirvan şəhəri kimya və biologiya təmayüllü lisey | 20,13 | |
| Sumqayıt şəhəri humanitar və təbiət-riyaziyyat təmayüllü 'İstedad' liseyi | 24,5 | |
| Sumqayıt şəhəri Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyi | 24 | |
| Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya | 35,13 | |
| Sumqayıt şəhəri 'Təfəkkür' liseyi | 21,75 | 10 |
| Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey | 10 | 12,75 |
| Zaqatala şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey | 15,25 |