20 İyul 19:00
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb
BMT: Husilərin Səudiyyə Ərəbistanını blokadaya alması regional münaqişəni genişləndirəcək
Messidən məğlubiyyət sonrası ilk paylaşım: Bu yaranın sağalması vaxt aparacaq
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib
Tramp: İran öldürülən hər amerikalı əsgərə görə ağır bədəl ödəyəcək
20 İyul 11:46
1 372
İyulun 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 116-cı teatr mövsümünün bağlanışı münasibətilə təqdim olunan “Operetta inciləri” adlı konsert proqramı alqışlarla qarşılanıb.
Teatrın mətbuat xidmətindən xalqcebhesi.az-a verilən məlumata görə, konsertdə Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Fikrət Əmirov, Süleyman Ələsgərov, Ramiz Mustafayev, Rauf Hacıyev, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Oqtay Kazımi və Sərdar Fərəcovun, eləcə də xarici ölkə bəstəkarları İohann Ştraus, Frans Leqar, İmre Kalman, Alice Dona və Rikardo Koçantenin məşhur əsərlərindən seçilmiş ariya və duetlər səsləndirilib.
Dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin rəhbərlik etdiyi teatrın simfonik orkestrinin müşayiəti ilə keçirilən konsertdə Əməkdar artistlər Nadir Xasiyev, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Prezident mükafatçısı Ülviyyə Əliyeva, Firus Məmmədov, Mehriban Zaliyeva, Şaban Cəfərov, Eleonora Mustafayeva, Səmədzadə Xasiyev, Emin Zeynallı, Nərmin Əliyeva, Gültac Əlili, Əli Kərimov, Olqa Giorgiyeva, İlahə Rüstəmova və Orxan Hüseynli, solo tar ifaçısı Əməkdar artist Elxan Mansurov, eləcə də xor artistləri çıxış ediblər.
Bağlanış mərasiminin quruluşçu rejissoru Cavid İmamverdiyev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Sevinc Məmmədovadır.
20 İyul 15:50
1 162
18 İyul 12:46
1 995
17 İyul 21:33
2 646

