Bakı Neft Emalı Zavodu planlı təmir üçün növbəti ildə dayandırılacaq Hadisə

Bakı Neft Emalı Zavodu planlı təmir üçün növbəti ildə dayandırılacaq

SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunu növbəti planlı təmir üçün 2024-cü ildə dayandıracaq.

"APA-Economics" xəbər verir ki, bu barədə "SOCAR Downstream Management" MMC-nin baş direktoru Emil Alxaslı Sənaye Təhlükəsizliyi Zirvəsində çıxış edərək bildirib.
Onun sözlərinə görə, əvvəlki illərdə SOCAR-ın ölkə daxilində yerləşən zavodları, xüsusilə də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, neft-kimya istehsalı müəssisələri hər il təmir üçün dayandırılırdı.

Emil Alxaslı onu da qeyd etdi ki, 2022-ci ildə Bakı neft emalı zavodda keçirilən əsaslı təmir işlərin nəticəsində, müəssisə gələn dəfə təmir üçün 2024-cu ildə dayandırılacaq, yeni ki, iki ildən sonra.

"Məqsədimiz bu müddəti daha da uzatmaqdır", - Emil Alxaslı vurğulayıb.