İsrail İordan çayının qərb sahilinə basqın edib Dünya

İsrail İordan çayının qərb sahilinə basqın edib

İsrail 20 aydan artıqdır ki, Qəzzada soyqırımını davam etdirir. İşğalçı qüvvələr dünən İordan çayının qərb sahilinə təşkil etdikləri basqınlarda 2 Fələstin vətəndaşını yaralayıb. Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İordan çayının qərb sahilinin müxtəlif şəhər və qəsəbələrində basqınlar davam edir.

İsrail əsgərləri Tulkerimin şərqindəki Zennabe qəsəbəsinə basqın zamanı bəzi gəncləri saxlayıb, bəzilərinə isə atəş açıb. Basqında bir gənc gerçək mərmi ilə, digəri isə qəlpələrlə yaralanıb.

Basqınlar həmçinin Beytüllahimin cənub-şərqindəki Tuku şəhərində, İordan çayının cənubundakı əl-Favvar qaçqın düşərgəsində və əl Halilin şərqindəki Əş-Şuyuh və Sair şəhərlərində də həyata keçirilib. Nablusun cənubundakı əl-Ləbn və Ramallahın şimalındakı Turmus Aya kəndlərində bəzi yollar torpaq tökülərək bağlanıb.

Fələstin torpaqlarını qəsb edən israillilər Turmus Aya yaxınlığında fələstinlilərə məxsus avtomobillərə daş atıb və maşınlardakılara gözyaşardıcı qaz səpiblər.