Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans

“Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans Hadisə

“Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans

Qarabağda aparılan tədqiqatların nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılması maddi irsimizin təbliğində mühüm mərhələdir

Dünən AMEA-nın Əsas binasında Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə "Qarabağın arxeoloji irsi" mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. Konfransda Türkiyə, Rusiya, Ukrayna, İran İslam Respublikası, Almaniya və Avstraliyadan olan tanınmış arxeoloqlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq tarixi keçmişimizə dair həqiqətlərin üzə çıxarılmasında Azərbaycan arxeoloqlarının fədakar əməyindən danışdı. Bildirdi ki, qədim tarixi, zəngin maddi və qeyri-maddi mədəni irsi olan Azərbaycanın Qarabağ bölgəsinin Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən diqqətə alınması, araşdırılması, təbliğ edilməsi sevindirici haldır. Konfransın sessiyalarında ediləcək çıxışlar, alimlərin təqdimatları bu istiqamətdə atılan çox vacib addımdır.
Akademik İ.Həbibbəyli qeyd etdi ki, iki gün davam edəcək beynəlxalq tədbirdə Qarabağ ərazisində aparılan tədqiqatların tarixi, Qarabağ arxeoloji abidələrinin Azərbaycanın maddi irsi sistemində yeri və digər mövzularda məruzələr dinləniləcək. Eyni zamanda, erməni işğalı altında olan ərazilərdəki abidələrin hazırkı vəziyyəti və Aran Qarabağda son illərdə aparılan arxeoloji araşdırmaların ilkin nəticələri müzakirə ediləcək. AMEA-nın vitse-prezidenti bu cür əhəmiyyətli tədbirin keçirilməsini təqdir etdi və konfransın işinə uğurlar arzuladı.
Sonra Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova çıxış edərək konfransda dinləniləcək 50-dən çox elmi məruzənin Azərbaycanın və onun ayrılmaz hissəsi olan Qarabağın paleolit, neolit, xalkolit, tunc, dəmir, antik və orta əsrlər dövrlərini əhatə edəcəyini söylədi. O, bölgədə aparılan son tədqiqatların bir qisminin beynəlxalq xarakter daşıdığını və onların nəticələrinin beynəlxalq elmi ictimaiyyətə çatdırılmasının zəngin maddi irsimizin təbliğində mühüm mərhələ olduğunu vurğuladı.
M.Rəhimova institutun Qarabağ Neolit-Eneolit ekspedisiyasının 2010-2016-cı illərdə apardığı arxeoloji tədqiqatların son elmi nəticələri barədə məlumat verdi. Bildirdi ki, rəhbərlik etdiyi müəssisə tərəfindən tədqiqat işləri layihələr çərçivəsində də aparılır. Tədqiqatların nəticələri "Qarabağın arxeoloji abidələr toplusu"nda öz əksini tapıb.
İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova bildirdi ki, konfrans Azərbaycanın işğal edilmiş torpaqları haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bir daha ortaya qoyur. Məqsədimiz Qarabağın, eyni zamanda Ermənistanın yerləşdiyi ərazilərin tarixi, mədəni olaraq Azərbaycana bağlılığı və Azərbaycanın tarixi torpaqları haqqında məlumatları dünyaya çatdırmaqdır.
Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Rauf Munçayev və başqaları bildirdilər ki, Qarabağın arxeoloji irsinin öyrənilməsi aktual və mühümdür. Çıxış edənlər Qarabağ ərazisindəki arxeoloji abidə və artefaktların qonşu regionlardakı həmdövr analoqları barədə mövzulara toxundular. Konfrans işini bölmə iclasları üzrə davam etdirdi. İclaslarda "Müstəqillik illərində Qarabağda arxeoloji tədqiqatlar", "Virtual Qarabağ Tarixi Muzeyi", "Qarabağda Üzərliktəpədə şəhər yerinin dulusçuluq məlumatları", "Qarabağ və Naxçıvanın plastik sənətkarlıq nümunələri" və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Tədbir iştirakçılarının Bakı və onun ətrafındakı arxeoloji abidələrlə, həmçinin "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlığı da təşkil ediləcəkdir.