Azı 50 işçisi olan şirkətlər qarşısında yeni öhdəlik qoyulacaq
Korrupsiya barədə məlumat verənlərə maddi mükafatın hansı həcmdə və qaydada veriləcəyi müəyyənləşir
Britaniya Azərbaycanla süni intellekt sahəsində əməkdaşlığı genişləndirmək istəyir
Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsi hazırlanıb
Ceyhun Bayramov ABŞ-ın xüsusi nümayəndəsinin baş müşaviri ilə TRIPP-i müzakirə edib
13 Avqust 2024 17:37
2 821
Son aylar ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti respublikanın şimal bölgəsində, o cümlədən Lahıc-Dəmirçi-Şamaxı yolunda və digər avtomobil yol infrastrukturunda müəyyən fəsadlara səbəb olub.
APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
O bildirib ki, növbəti günlərdə də ölkəmizin əksər bölgələrində yağıntılı hava şəraiti gözlənilir, yağıntıların arabir leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
"Bu səbəbdən əhaliyə müraciət edirik ki, sinoptiklər tərəfindən verilən xəbərdarlıqlara diqqət yetirsinlər və ehtiyat tədbirlərini unutmasınlar. Mövsümlə əlaqədar olaraq bölgələrə istirahət üçün üz tutan vətəndaşlardan mümkün qədər fəsad yaranmış yollardan deyil, alternativ yollardan istifadə etmələri xahiş olunur”.