15:03
511
Böyük Britaniya Azərbaycanla rəqəmsallaşma, süni intellekt və data infrastrukturu sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial görür.
“APA-Economics” xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Böyük Britaniya dünyanın aparıcı tədqiqat və innovasiya mərkəzlərindən biridir, Azərbaycan isə rəqəmsallaşma, süni intellekt və data infrastrukturu üzrə iddialı planlar müəyyənləşdirib.
Nazirin sözlərinə görə, Azərbaycanın bu sahədəki hədəfləri Britaniyanın təcrübəsi ilə birləşdirilə bilər.
Lord Anas Sarvar əlavə edib ki, əməkdaşlıq yalnız şirkətlər arasında deyil, təhsil müəssisələri arasında da inkişaf etdirilə bilər. O, bu baxımdan Warwick Universitetinin tədqiqat və kadr potensialının formalaşdırılmasına töhfə verə biləcəyini qeyd edib.