Azı 50 işçisi olan şirkətlər qarşısında yeni öhdəlik qoyulacaq Cəmiyyət

Azı 50 işçisi olan şirkətlər qarşısında yeni öhdəlik qoyulacaq

Azı 50 işçisi olan şirkətlər qarşısında yeni öhdəlik qoyulacaq.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, dövlət və yerli özünüidarəetmə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər, publik hüquqi şəxslər və büdcə təşkilatları, həmçinin azı 50 nəfər işçisi olan digər hüquqi şəxslər konfidensiallığın və anonimliyin təmin edilməsinə və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın elektron qaydada ötürülməsinə və konfidensial məsləhət almağa imkan verən kommunikasiya kanalı yaratmalıdırlar.