“Qaz ixracı və yaşıl enerji artırılır”
3 Mart 21:15
3 Mart 21:15
3 Mart 21:14
3 Mart 19:19
30 Sentyabr 2024 18:18
2 492
30 sentyabr 2024-cü il tarixində QHT-lərə Dövlət Dəstəyi və MEDİA Agentliyinin birgə təşkilatçılığı ilə vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə “Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda dəyirmi masa keçirilib.
Görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin departament müdiri Elnur Bağırlı korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin həyata keçirilməsində media subyektləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının da müstəsna rolunu vurğulayıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” strateji çərçivəni müəyyən etməklə, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın dərinləşdirilməsini labüd edir.
Görüşdə mövzu üzrə ətraflı müzakirələr aparılıb, fikirlər dinlənilib, təkliflər öyrənilib.
Cavid
3 Mart 20:20
1 099
3 Mart 19:46
1 120
3 Mart 18:24
1 134




