Baş katib: Parlamentlərarası İttifaq Azərbaycan-Ermənistan normallaşmasına töhfə verməkdən qürur duyur Siyasət

Baş katib: Parlamentlərarası İttifaq Azərbaycan-Ermənistan normallaşmasına töhfə verməkdən qürur duyur

Parlamentlərarası İttifaq Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişafına töhfə verməkdən qürur duyur.

Bunu Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Bakıda jurnalistlərə açıqlamasında deyib.

Baş katib bildirib ki, Azərbaycanla Ermənistan arasında ticarət və digər sahələrdə əməkdaşlığın bərpası müşahidə olunur. Eyni zamanda, Azərbaycan və Ermənistan parlamentləri arasında da əməkdaşlıq getdikcə genişlənir.