13:24
602
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, ölkə hər hansı böyük dövlətlə qlobal münaqişəyə girmək məcburiyyətində qalarsa, Vaşinqtonun NATO-dakı müttəfiqləri, çox güman ki, ona dəstək verməyəcəklər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Tramp radio aparıcısı Hyu Hyuitt ilə söhbəti zamanı bildirib.
"Əgər iş daha ciddi müstəviyə keçsə, həqiqətən miqyaslı bir hadisə baş versə — hərçənd ümid edirəm ki, bu heç vaxt baş verməz — mən onların bizim yanımızda olacağını düşünmürəm", — deyə o, bildirib.
Prezident əlavə edib ki, şəxsən o və bütövlükdə ABŞ, İrandakı əməliyyat zamanı NATO müttəfiqlərinin reaksiyasını və Vaşinqtona dəstək vermək istəməmələrini yaxşı yadda saxlayıblar. Tramp qeyd edib ki, Ağ Ev bu məsələ ilə bağlı gələcək üçün müvafiq nəticələr çıxarıb.
Məryəm Quliyeva