Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
30 il əvvəl törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərilib
Yasamal RİH vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirib
Əli Xameneinin cənazəsi xüsusi vida mərasimlərinin keçirilməsi üçün İraqa aparılacaq
5 May 15:36
2 079
Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitə və psixotrop tərkibli həblərin paytaxta gətirilərək realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb. Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat zamanı 29 yaşlı Azər Vəlibəyov, 30 yaşlı Ziya Məhərrəmzadə və 36 yaşlı A. Cəbiyeva saxlanılıblar. Onlardan 14 kiloqram marixuana və 4490 ədəd metadon həbi aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.