Müasir Azərbaycanın enerji siyasəti: milli enerji təhlükəsizliyindən qlobal enerji tərəfdaşlığına
Ermənistan Rusiyadan gələn pul köçürmələrinin yarısından çoxunu itirə bilər
Dünya çempionatında iştirak edəcək Azərbaycan güləş millilərinin heyəti bəlli oldu
Ronaldu mükafatlarını əsas gətirərək milli komandadan qadağasının azaldılmasını istədi
5 May 13:21
2 660
Şimali Atlantika Alyansı silahları öz ehtiyacları üçün alır, lakin böyük ehtimalla onları Ukraynaya təhvil verir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp radio aparıcısı Hyu Hyuitt ilə söhbəti zamanı bildirib.
"Onlar (Avropa ölkələri), yəqin ki, sonra həmin silahları ondan səmərəli istifadə edən Ukraynaya verirlər", — deyə Amerika lideri ABŞ və Avropa ölkələrinin NATO-nun ehtiyacları üçün silah alışı kontekstində qeyd edib.
Tramp iddia edib ki, əvvəllər ABŞ alyansın xərclərinin 100%-ni ödəyərək "NATO-ya trilyonlarla dollar xərcləyirdi". "İndi onlar (avropalılar) daha çox xərcləyirlər, çünki pulları var. Siz raket alırsınızsa, bunun pulunu ödəməlisiniz", — deyə o vurğulayıb.
Prezident həmçinin İranla münaqişədə ABŞ-ı dəstəkləməyən Avropa ölkələrindən çox məyus olduğunu bildirib. "Bizə NATO lazım olanda onlar bizi dəstəkləmədilər", — deyə Tramp yekunlaşdırıb.
Məryəm Quliyeva