“Əlavə qaz ixracı mümkünsüzdür” — ekspert
11 Dekabr 23:02
11 Dekabr 23:02
11 Dekabr 22:51
11 Dekabr 22:44
11 Dekabr 22:36
21 Noyabr 2024 10:28
2 394
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Suraxanı, Abşeron, Sabirabad, Şəki rayon Yanğından Mühafizə hissələrində və Sabunçu rayon Yanğından Mühafizə Hissəsinin 23 nömrəli Yanğından Mühafizə Bölməsində “açıq qapı” günü tədbirləri keçirilib.
Bu barədə APA-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
Tədbirlərdə qeyd olunan şəhər və rayonların ərazisində fəaliyyət göstərən orta məktəb şagirdləri, uşaq bağçalarının azyaşlıları, həmçinin müəllim və tərbiyəçilər iştirak ediblər.
İştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydası, bölmə və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların ənənəvi məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.
Maraqla keçən tədbirlərdə uşaqları maraqlandıran suallar cavablandırılıb.
11 Dekabr 21:42
1 078
11 Dekabr 19:16
1 162
11 Dekabr 17:39
1 120