
"Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov məhkəmə qarşısına çıxarılıb.
Zaqatala Rayon Məhkəməsindən APA-ya verilən məlumata görə, A. Rəcəbov polisə müqavimət göstərməkdə təqsirli bilinərək 20 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib. Qeyd edək ki, A. Rəcəbov mayın 3-də Zaqatala rayonunun Muxax kəndində saxlanılıb.