Əsgərən-Xocalı yolu üzərində kütləvi məzarlıq aşkarlandı Hadisə

Əsgərən-Xocalı yolu üzərində kütləvi məzarlıq aşkarlandı

Əsgərən-Xocalı yolu üzərində 25-ci kütləvi insan məzarlığı aşkarlanıb.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, bu məzarlıqda aşkarlanan insan qalıqları 5 itkin düşən şəxsə aid olduğu ehtimal edilir:

"Əsgəran- Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar".

Eldar Səmədov qeyd edib ki, aprel ayında aparılan qazıntılar zamanı 2 kütləvi məzarlıq aşkarlanmışdı:

"Bunlardan biri Şuşa şəhərinin yaxınlığında - Şuşa və Xankəndi yolu ilə Şuşa -Laçın yolunun birləşməsində aşkarlanıb. Ən azı 5 itkin şəxs olduğu ehtmal edilən meyit qalıqları aşkarlanıb. Ərazidə tikinti işləri aşkarlandığı üçün qalıqlar daşınmışdır".