

31 İyul 17:49
31 İyul 17:07
31 İyul 16:37
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfərini iki ölkə arasında son illər müşahidə etdiyimiz gərginlik fonunda mühüm bir siyasi hadisə kimi dəyərləndirmək olar. Çünki bu, hər iki tərəfin gərginliyi azaltmaq, tərəflər arasında münasibətləri normallaşdırmaq və yeni əməkdaşlıq mərhələsinə keçmək niyyətində olduğunu göstərir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Vəli Əlibəyov deyib.
Politoloq bildirib ki, səfər çərçivəsində energetika, ticarət, nəqliyyat və sərhəd təhlükəsizliyi sahələrində əməkdaşlığa dair sənədlər imzalandı: “Bu, eyni zamanda, Azərbaycanın tranzit imkanlarının genişlənməsinə səbəb olacaq. Həm də İran üçün sanksiyalardan yan keçərək qonuşlarla iqtisadi əlaqələrini inkişaf etdirməyə şərait yaradacaq. Yəni bu, onlar üçün də çox önəmlidir”.
V.Əlibəyov vurğulayıb ki, diqqəti çəkən məqamlardan biri o oldu ki, Pezeşkian Fəxri Xiyabanda Ulu öndərin məzarını ziyarət etdi: “Bu, rəmzi baxımdan çox vacibdir. Siyasi dillə desək bu, İran tərəfinin Azərbaycan dövlətçiliyinə və siyasi irsinə hörmət etməsi mənasını verir. Səfərin protokol baxımından da işgüzar rəsmi çərçivədə keçməsi onu göstərir ki, tərəflərin münasibətləri ölçülü, amma həddən artıq şişirdilmir. Elə İran Prezidentinin Baş nazirin müavini səviyyəsində qarşılanması və yola salınması o deməkdir ki, ölkələr arasındakı münasibətlər hələ tam strateji səviyyəyə qalxmayıb. Lakin hər iki tərəf bu münasibətlərin qarşılıqlı faydalı şəkildə inkişaf etməsinə çalışır”.
Röya İsrafilova