

20 Avqust 23:37
20 Avqust 23:27
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan qazının 2031-ci ilə kimi Avropada satış qiyməti ilə bağlı proqnozunu açıqlayıb.
"APA-Economics" xəbər verir ki, IMF Azərbaycan qazının orta illik qiymətinin ötən ildəki 389 dollardan 2025-ci ildə 517,4 dollara qalxacağını proqnozlaşdırıb. Başqa sözlə, proqnoz ötən ildəki qiymətdən 33% və ya 128,4 dollar çoxdur. Bu yüksəliş, ehtimal ki, bazarlarda tələb-təklif balansında yaranan dalğalanmalar və ya siyasi-iqtisadi amillərlə əlaqəli ola bilər.
Fond hesab edir ki, gələn ildən etibarən qazın qiyməti davamlı azalacaq. 2026-cı ildə qazın qiyməti 424,7 dollara, 2027-ci ildə 342,2 dollara enəcək və sonrakı illərdə, yəni 2028-2030-cu illərdə sabitləşərək 290,2 dollar səviyyəsində qalacaq.