Cənubi Koreyanın Baş naziri istefa verib Dünya

Cənubi Koreyanın Baş naziri istefa verib

Cənubi Koreyada keçmiş prezident Yun Suk Yeol vəzifəsindən uzaqlaşdırıldıqdan sonra prezident səlahiyyətlərini icra edən Baş nazir Han Duk Su istefa verib.

Xalqcəbhəsi.az “Demirören” Xəbər Agentliyinə istinadən bildirir ki, Han verdiyi açıqlamada, "Üzərimdə daşıdığım məsuliyyətin ağırlığını nəzərə alaraq belə bir qərarın həqiqətən doğru və qaçılmaz olub-olmaması barədə uzun və diqqətlə düşündükdən sonra qərara gəldim ki, əgər yeganə yol budursa, bunu etməliyəm" deyib.

Qeyd edək ki, Cənubi Koreyada prezident seçkilərinin iyunun 3-də keçirilməsi planlanır.