1 May 2025 13:32
2 569
“Ermənilərin törətdiyi daha bir cinayət faktının aşkar edildiyi yerdəyik”.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Qarabağ müharibəsi iştirakçısı, jurnalist Rey Kərimoğlu Xocalıda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu hallar birmənalı şəkildə müharibə cinayətidir:
"Bu həm də insanlığa sığmayan haldır. Çox təəssüflə qeyd edirəm ki, burada ilkin olaraq ən azı yeddi nəfərə aid insan qalıqları aşkar edilib. Həmin insan qalıqları qeyri-ənənəvi şəkildə dəfn ediblər. Mülki şəxslərə aid olan qalıqlar üzərində ağır işgəncə izləri də aşkar edilib".
O, beynəlxalq təşkilatlara səslənərək ikili siyasətə son qoymağa çağırıb: “Bu vandallığı törədənlər ədalət məhkəməsinə çıxarılıb layiq olduqları cəzanı almalıdır”.
25 Mart 17:27
1 330
25 Mart 15:08
1 344
25 Mart 15:03
1 351