

30 Aprel 23:33
30 Aprel 23:10
“Hesab edirəm ki, Hindistanın bir sıra hərbi siyasi rəhbərliyinin nümayəndələri prosesi sanki bilərəkdən qızışdırmaq istiqamətində aparırlar. Hindistanda hazırkı siyasi atmosferdə müsəlmanlara qarşı radikal əhval-ruhiyyə var və bu terror hadisəsindən də sui-istifadə hiss olunur”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü söyləyib.
M.Göyüşlü diqqətə çatdırıb ki, biz Azərbaycan olaraq terrorun bütün üzünü görmüşük: “Yəni erməni terrorundan əziyyət çəkən bir ölkəyik və terroru lənətləyirik. Amma bu hadisənin Pakistan tərəfindən törədilməsi inandırıcı görünmür. Hindistan rəsmilərinin də məsələdə dərhal Pakistanı ittiham etməsi çox böyük suallar doğurur. Hesab edirəm ki, Hindistan rəsmiləri belə qızışdırıcılıq mövqelərindən çıxş etməkdənsə, prosesin obyektiv şəkildə araşdırılması və ortaq nöqtələr tapılması üçün cəhd göstərməyə çalışmalıdır. Hindistanın hazırkı Baş naziri Narendra Modi öz siyasi karyerasında problemlər yaşadığına görə, növbəti seçkilərdə qalib gəlmək üçün və s. bu cür qızışdırıcılıq mövqeyindən çıxışlar edir və bunu etməsi yanlış bir addımdır. Bu təkcə Pakistana ziyan olmayacaq, ən çox Hindistana ziyan olacaq məsələdir. Düşünürəm ki, müharibəyə doğru istiqamətlənmək yox, sülhə, sabitliyə, anlaşmaya doğru istiqamətlənmək lazımdır”.
Röya İsrafilova