

30 Aprel 23:33
30 Aprel 23:10
Bu ilin birinci rübü ərzində Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 32 mln. ABŞ dolları, əsaslı xərclərə isə 13 mln. dollar vəsait xərclənib.
Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 1768 km uzunluğunda olan BTC boru kəməri ilə 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin birinci rübünün sonunadək ümumilikdə təqribən 598 mln. ton (4,5 mlrd. bareldən çox) xam neft nəql edilib və Ceyhanda 5 932 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
“Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 7 mln. ton (təxminən 54 mln. barel) xam neft və kondensat Ceyhan terminalında 70 tankerə yüklənib və yola salınıb”, - hesabatda bildirilir.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), “TotalEnergies” (5%), ITOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.