Naxçıvanda avtomobil 4 nəfəri vurub - FOTO Hadisə

Naxçıvanda avtomobil 4 nəfəri vurub - FOTO

Naxçıvanda yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.
APA-nın Naxçıvan bürosunun məlumatına görə, insident şəhərin Azadlıq küçəsində qeydə alınıb.

Sərxan Babayevin idarə etdiyi 75-BN-561 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobil yolu keçmək istəyən piyadalar — 2006-cı il təvəllüdlü Quliyeva Gülsüm İlqar qızı, Quliyeva Dərya Səməd qızı, İsayeva Əfsanə İsa qızı və 2005-ci il təvəllüdlü Tağıyeva Xanımzəri vurub.

Yaralılar dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb. Onlardan Gülsüm Quliyevanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Naxçıvanda avtomobil 4 nəfəri vurub - FOTO Naxçıvanda avtomobil 4 nəfəri vurub - FOTO Naxçıvanda avtomobil 4 nəfəri vurub - FOTO