

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi sosial şəbəkələrdə yayılan neqativ paylaşımlara münasibət bildirib.
APA-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev mətbuatda ara-sıra yayılan neqativ fikirlərlə bağlı hər bir insanın özünəməxsus yanaşmasının olduğunu deyib.
O qeyd edib ki, bu cür fikirlərin yaranmasının obyektiv və subyektiv səbəbləri də ola bilər:
“Nəzərə alaq ki, bura həssas zonadır. İnsanlarımız 32 il buradan ayrı düşüb, yeni nəsillər formalaşıb. Bu nəsillərin burada yerləşməsi, məskunlaşmasında ilkin olaraq müəyyən çətinliklər yaşanıb”.