

İran səfiri Mehdi Sübhani Ermənistanın “Daşnaksütyun” partiyasının nümayəndələri ilə görüş keçirib.
Xalqcebhesi.az erməni mediasına istinadən xəbər verir ki, tərəflər regiondakı vəziyyəti və Ermənistan-İran münasibətlərini müzakirə ediblər.
Diplomatla görüşdə deputatlar Armen Rüstəmyan, Lilit Qalstyan və İşxan Saqatelyan iştirak ediblər.
Erməni siyasətçilər partiyanın regionda gedən geosiyasi proseslər, Ermənistanın təhlükəsizlik məsələləri və daxili siyasi vəziyyətlə bağlı mövqeyini səsləndiriblər.
Səfir də öz növbəsində iki ölkə arasında əməkdaşlığın gücləndiyini, nəqliyyat daşımaların artdığını qeyd edib.