Ceyhun Bayramov ABŞ senatoru Stiv Deyns ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - FOTO Siyasət

Ceyhun Bayramov ABŞ senatoru Stiv Deyns ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin cari vəziyyəti və perspektivləri, qanunvericilik orqanları arasında əlaqələrin əhəmiyyəti, regional təhlükəsizlik məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov, Senatora postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesi və qarşıda duran maneələr barədə məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov ABŞ senatoru Stiv Deyns ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - FOTO Ceyhun Bayramov ABŞ senatoru Stiv Deyns ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - FOTO