İsveçrədə şok görüntülər: Bir kənd belə yox oldu - Video Dünya

İsveçrədə şok görüntülər: Bir kənd belə yox oldu - Video

İsveçrənin Vale kantonu vadisində, Alp dağları ətəklərində yerləşən Blatten kəndində buzlaqların çökməsi nəticəsində güclü sürüşmə baş verib.

Xalqcebhesi.az “Röyters”ə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində kəndin 90 faizi buz, qaya və palçıq təbəqəsi altında qalıb.

Palçıq və torpaq kəndin bir hissəsini, çayı və ətraf dərənin meşəlik yamaclarını tamamilə örtüb. Blatten Bələdiyyə sədri Matthias Belluald kəndin yenidən qurulacağını bildirib:

"Biz kəndimizi itirmişik. Kənd dağıntılar altındadır. Biz onu yenidən inşa edəcəyik".

Qeyd edilir ki, əvvəlcədən edilən xəbərdarlıq sayəsində mayın 19-da kəndin 300-ə yaxın sakini təxliyə edilib. Lakin 1 nəfər itkin düşüb, onun axtarışları davam edir.