

Kanadanın Manitoba əyalətində meşə yanğınları səbəbilə fövqəladə vəziyyət elan edilərək 17 mindən çox insanın təxliyəsinə qərar verilib.
Xalqcebhesi.az CBC News-a istinadən xəbər verir ki, Manitoba əyalətinin baş naziri Vab Kinev mətbuata verdiyi açıqlamada, “Manitoba hökuməti meşə yanğınları səbəbilə əyalət üzrə fövqəladə vəziyyət elan edib,” – deyə bildirib.
Kinev, 17 mindən çox insanın təxliyə olunması göstərişini verdiklərini, Kanada baş naziri Mark Karney-dən yanğınlarla mübarizə üçün hərbi dəstək istədiklərini qeyd edib.
Əyalətdəki 26 “First Nations (İlk Xalqlar)” yerli icmasını təmsil edən “Manitoba Keewatinowi Okimakanak” adlı təşkilatın verdiyi yazılı açıqlamada, təxliyə edilənlərin böyük hissəsinin yerli xalqdan ibarət olduğu bildirilib.
Manitobadakı Whiteshell Eyalət Parkında sürətlə yayılan meşə yanğınları nəticəsində iki nəfər həyatını itirib.
Əyalət baş naziri Kinev, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) qorunan ərazilər kateqoriyasına daxil etdiyi Whiteshell Eyalət Parkında fövqəladə vəziyyət elan edib.
Məryəm Quliyeva