21 Noyabr 13:45
20 Noyabr 17:01
20 Noyabr 15:39
17 İyun 2025 17:10
3 626
Saatlıda avtomobil və dəmir yollarının kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə saat 15 radələrində Saatlı-Məzrəli avtomobil yolunun kəsişdiyi dəmir yolu xəttində keçiddə qeydə alınıb. 77-CU-324 dövlət nömrə nişanlı "BMW" markalı minik maşını idarəetmədən çıxıb, keçidin ətrafında olan qoruyucu relsə çırpılaraq yoldan kənara düşüb.
Qəzada Neftçala rayon sakinləri - 1991-ci il təvəllüdlü Aynurə Məlikova və 2009-cu il təvəllüdlü Arif Bədəlov xəsarət alaraq Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
21 Noyabr 14:02
1 043
21 Noyabr 12:42
1 092
20 Noyabr 19:25
1 386