Şirvanda keçmiş məhkum narkotiklə bağlı tutulub Hadisə

Şirvanda keçmiş məhkum narkotiklə bağlı tutulub

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş 45 yaşlı Vladimir Zubkov saxlanılıb.

Bu barədə APA-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib. Ondan 1 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.