İranın zərbə riskinə görə ABŞ hərbçilərinin telefonları yığılacaq
Bu ilin ilk 6 ayında heyvan dişləməsinin sayı açıqlanıb, Səhiyyə Nazirliyi əhaliyə müraciət edib
“Bu əməkdaşlıq Çinin Yaxın Şərq siyasəti ilə bağlı yeni müzakirələrə yol aça bilər”
ABŞ-Ukrayna münasibətlərində yeni mərhələ başlayır – Politoloq
13 İyul 2025 15:06
3 276
ABŞ-ın Arizona ştatının Kokonino bölgəsində bir nəfərin ağciyər vəbası səbəbilə həyatını itirdiyi bildirilib. Bu hadisə, bölgədə 2007-ci ildən bəri qeydə alınan ilk ağciyər vəbası halıdır.
Xalqcebhesi.az xəbər verir ki,Kokonino bölgəsinin rəsmi internet saytında yayımlanan açıqlamada, vəba səbəbilə bir bölgə sakininin öldüyü, lakin həmin şəxs haqqında ətraflı məlumatın paylaşılmayacağı qeyd olunub.
“Pnömonik vəba” kimi də tanınan ağciyər vəbası, vəbanın ən öldürücü və ən nadir forması hesab olunur.
Bu xəstəlik, dağ siçanı kimi məməlilərdə olan və insanlara keçə bilən “yersinia pestis” bakteriyasının ağciyərlərə yerləşməsi və sətəlcəmə səbəb olması ilə inkişaf edir.
Ağciyər vəbası, nəfəs yolu ilə yayılan damcılar vasitəsilə insandan insana keçə bilir.
Bu xəstəlik 1346–1353-cü illər arasında milyonlarla insanın ölümünə səbəb olmuşdu. Salğının mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürülsə də, dəqiq nəticəyə gəlinməyib.
Məryəm Quliyeva