FHN BMT Nümayəndəliyində taktiki-xüsusi təlim keçirəcək Hadisə

FHN BMT Nümayəndəliyində taktiki-xüsusi təlim keçirəcək

Bu gün BMT-nin Azərbaycandakı Nümayəndəliyində Fövqəladə Hallar Nazirliyi (FHN) qurumlarının iştirakı ilə taktiki-xüsusi təlim keçiriləcək.
FHN-dən APA-ya verilən məlumata görə, təlimin məqsədi nümayəndəliyin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, nümayəndəliyin əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, FHN-in xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin nümayəndəliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində təcrübələrinin artırılması, nazirliyin xilasetmə bölmələri və nümayəndəliyin əməkdaşlarının xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi sahəsində birgə fəaliyyət imkanlarının qiymətləndirilməsindən ibarətdir.