FHN-nin Gürcüstana ezam olunmuş qüvvələri yanğınsöndürmə əməliyyatlarını davam etdirir Hadisə

FHN-nin Gürcüstana ezam olunmuş qüvvələri yanğınsöndürmə əməliyyatlarını davam etdirir

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə avqustun 22-də qonşu ölkəyə ezam olunmuş əməkdaşları yanğınsöndürmə işlərini davam etdirirlər.
FHN-dən verilən məlumata görə, Nazirliyin canlı qüvvə və texnikası Gürcüstan hökuməti tərəfindən onlara həvalə olunmuş Daba kəndi yaxınlığındakı yanğın ocaqlarının söndürülməsi işlərini həyata keçirirlər.
Bundan əlavə, FHN hadisə rayonuna ezam edilmiş xilasetmə dəstəsinin operativ və səmərələi fəaliyyətinin, gündəlik həyat təminatının və istirahətinin təmin edilməsindən ötrü səhra şəraiti üçün nəzərdə tutulmuş çadırlar qurub, səyyar mətbəx quraşdırıb.
Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.