Nazir: Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti ilə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində ən konkret addımlardan birini atırıq Hadisə

Nazir: Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti ilə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində ən konkret addımlardan birini atırıq

Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xətti ilə Zəngəzur dəhlizinin həyata keçməsini təmin edəcək ən konkret addımlardan birini ataraq, sadəcə, Türkiyənin yox, bütün Cənubi Qafqazın və Avrasiyanın gələcəyinə damğa vururuq.

APA xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimindəki çıxışında deyib.

“Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı gücləndirəcək, regional sülhü də inkişaf etdirəcək. Başda Orta Dəhlizdə payı olan ölkələr olmaqla, beynəlxalq ticarətdə bütün dünya üçün qızıl bir dövr başlayacaq” nazir qeyd edib.