Təşəbbüs qruplarının qeydiyyat müddəti başa çatıb Dünya

Təşəbbüs qruplarının qeydiyyat müddəti başa çatıb

Gürcüstanda 4 oktyabr seçkilərində iştirak məqsədilə təşəbbüs qruplarının qeydiyyat müddəti başa çatıb.

Bununla bağlı Mərkəzi Seçki Administrasiyası məlumat verib.

Məlumata görə, bələdiyyə nümayəndəli orqanına – "sakrebuloya" və özünüidarə şəhərinin / özünüidarə icmasının meri seçkilərində namizəd irəli sürmək üçün ümumilikdə 50 təşəbbüs qrupu seçki administrasiyasına müraciət edib.

“Gürcüstan üzrə müstəqil mer namizədini irəli sürmək məqsədilə 8 təşəbbüs qrupu müvafiq seçki komissiyalarına müraciət edib. Onlardan 6 təşəbbüs qrupu qeydiyyata alınıb, 2-nin qeydiyyatı isə rədd edilib.

Majoritar deputatlığa namizədlərlə bağlı olaraq, müvafiq dairə seçki komissiyalarına 42 təşəbbüs qrupu müraciət edib. Onlardan 39-u qeydiyyatdan keçib, 3-nün qeydiyyatı rədd olunub.

Təşəbbüs qrupları tərəfindən irəli sürülən müstəqil namizədlər seçkilərə ən geci seçkilərə 40 gün qalmış (25 avqust) qeydiyyatdan keçmək üçün tərəfdarlarının siyahısını təqdim etməlidirlər”, – məlumatda qeyd olunub.

Cavid