

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq, şair İlqar Fəhmi Milli Kitabxanada olub.
AZƏRTAC xəbər verir ki, 50 illik yubileyi münasibətilə burada açılan kitab sərgisi ilə tanışlıqdan sonra İlqar Fəhmi oxucusu olduğu Milli Kitabxana haqqında xatirələrini bölüşüb, sərginin təşkilinə görə təşəkkürünü bildirib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov müasir Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında mühüm xidmətləri olan İlqar Fəhmini yubileyi münasibətilə təbrik edib, ona yeni uğurlar arzulayıb.
Bu günlərdə 65 yaşı tamam olan ədəbiyyatşünas alim, yazıçı-publisist, professor Almaz Ülvi də Milli Kitabxanada yubileyi münasibətilə tərtib edilən sərgi ilə tanış olub, bu diqqətə görə kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.
O, müəllifi olduğu “Heç demirsən, Ələsgərim haradadır?!”, “Ədəbi portretlər”, “Mən qorxmuram uzaq yola çıxmaqdan”, eləcə də 30 ilə yaxın tədqiq etdiyi qardaş özbək ədəbiyyatı ilə bağlı əsərlərini – ümumilikdə 18 adda 58 nüsxə kitabını Milli Kitabxananın fonduna hədiyyə edib.
Milli Kitabxananın direktoru Kərim Tahirov Almaz Ülvinin bu addımını yüksək qiymətləndirib.
Qeyd edək ki, Almaz Ülvi “Azərbaycan-özbək (cığatay) ədəbi əlaqələri”, “Azərbaycan-özbək ədəbi əlaqələri dövrlər, simalar, janrlar və təmayüllər”, “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında”, “Əlişir Nəvainin əsri və nəsri”, “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq”, “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” və s. tədqiqat əsərlərinin müəllifidir.
Qayıdış dövründə Laçında nə kimi işlər görülüb? – Ekspertdən açıqlama