Şanxay Əməkdaşlıq Təşkilatının sammiti avqustun 31-də keçiriləcək Dünya

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti avqustun 31-də keçiriləcək

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti 31 avqust – 1 sentyabr tarixlərində Çinin Tyançzin şəhərində keçiriləcək.

APA xəbər verir ki, bu barədə məlumatı Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin köməkçisi Lyü Bin keçirdiyi mətbuat konfransında verib.

ŞƏT-in sammitində 20-dən artıq xarici dövlət rəhbəri və 10 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək. Tədbirə Rusiya və Belarus prezidentləri, Hindistanın baş naziri, İran və Türkiyə prezidentləri, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ermənistan və digər ölkələrin liderləri dəvət olunublar.