“Tottenhem”in futbolçusu zədə səbəbindən bu il meydana çıxmayacaq İdman

“Tottenhem”in futbolçusu zədə səbəbindən bu il meydana çıxmayacaq

İngiltərənin “Tottenhem” komandasının futbolçusu Deyan Kulusevskinin zədəsi ciddidir.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, dizindəki zədə səbəbindən ötən mövsümün son oyunlarını buraxan İsveç millisinin üzvü bu il meydana çıxa bilməyəcək. Onun sağalma prosesi ləngiyib.

Həkimlərin rəyinə əsasən, yarımmüdafiəçi 2026-cı ildə sıraya dönəcək.

Yay təlim-məşq toplanışında zədələnən London təmsilçisinin digər aparıcı futbolçusu Ceyms Meddison da mövsümün böyük hissəni buraxmalı olacaq.